Kiyev “Uzun Neptun” raketini nümayiş etdirib | VİDEO

   Kiyev “Uzun Neptun” raketini nümayiş etdirib    | VİDEO
  25 Avqust 2025    Oxunub:723
Ukraynada “Uzun Neptun” kimi tanınan “R-360 Neptun” qanadlı raketinin uzaqmənzilli modifikasiyası ilk dəfə rəsmi olaraq nümayiş etdirilib. Söhbət 1000 kilometrə qədər məsafədəki hədəfləri vura bilən raketdən gedir.
AzVision.az Ukraynanın “Defense Express” hərbi portalına istinadən xəbər verir ki, raketin hazırlanması hələ 2023-cü ilin noyabrında məlum olsa da, indiyədək onun heç bir təsviri dərc edilməyib. İndi ilk dəfə olaraq, raket Ukraynanın “Zbroya” dövlət portalının rəsmi hesabında Müstəqillik Günündə yayımlanan video-materialda nümayiş etdirilib.

Videoda birbaşa işarələnməsə də, səs yazısında “Uzun Neptun” Ukrayna silahlarının digər nümunələri ilə birlikdə göstərilir. “Defense Express” qeyd edir ki, “Uzun Neptun”u qatlanan xarakterik “X” formalı qanadlarından tanınamaq olar.

Bununla belə, videodakı raket buraxılışlarının görüntüləri əsində arxiv materiallarıdır və 2018-2020-ci illərdə “Neptun” kompleksinin sınaqlarına aiddir.

İlkin hesablamalara görə, yeni raketin uzunluğu 6 metri (sürətləndirici qanad olmadan) keçir ki, bu da “R-360 Neptun” raketinin ilkin modeindən 1,5 metr çoxdur. Raketin gövdəsinin mərkəzi hissəsinin diametri də əsas modifikasiyadakı 38 sm-dən 50 sm-ə qədər artırılıb.

Beləliklə, yeni raket nəinki daha uzun, həm də daha ağırdır ki, bu da daha çox yanacaq zərurəti ilə bağlıdır. Raketin rəsmi xüsusiyyətləri hələ açıqlanmayıb. Yalnız onun yer hədəflərini vurmaq üçün nəzərdə tutulduğu məlumdur.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   UzunNeptun  



Xəbər lenti